Maksim Medvedyev Lüksemburqa qarzı oynayacaq
Milli komandamızın və ?Qarabağ?ın müdafiəçisi Maksim Medvedyev Lüksemburq yığması ilə yoxlama görüşündə iştirak etməyəcək. Qol.Az-ın məlumatına görə, Maksim milli komandanın düşərgəsini tərk edir. Buna səbəb futbolçunun şəxsi problemlərinin yaranmasıdır. Qeyd edək ki, milli komandamız növbəti yoxlama görüşünü martın 3-də səfərdə Lüksemburq yığmasına qarşı keçirəcək.
Bu məsələylə bağlı AFFA-nın rəsmi internet saytının yaydığı məlumata görə, Maksim Medvedev baş məşqçi Berti Foqtsun razılığına əsasən şəxsi işləri ilə əlaqədar fevralın 26-dan martın 1-nə qədər millinin heyətindən ayrılaraq vətənə dönüb. O, martın 1-dən 4-nə qədər yenidən millinin düşərgəsində olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11