Bu gün futbol üzrə Azərbaycan yığma komandası beynəlxalq yoldaşlıq görüşünə çıxacaq. Bu görüşdə rəqibimiz İordaniya milli komandası olacaq. AFFA-dan verilən məlumata görə, İordaniya ? Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşma İordaniyanın paytaxtı Əmman şəhərində yerləşən ?Kinq Abdulla? stadionunda keçiriləcək. Xatırladaq ki, yoldaşlıq görüşü ?İdman Azərbaycan? kanalında canlı olaraq azarkeşlərə təqdim olunacaq.