Elnur Məmmədli qatılacağı ilk nüfuzlu yarızı açıqladı
Azərbaycan cüdoçusu Elnur Məmmədlinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından sonra qatılacağı ilk nüfuzlu yarış müəyyənləşib. Bu haqda olimpiya çempionunun özü məlumat verib.
[libt align=left]2010/elnur-memmedli-mans.jpg[/libt]
Pekin olimpiadasının qalibi Avstriyanın paytaxtı Vyanada 22-25 apreldə keçiriləcək Avropa çempionatında mübarizə aparacağını bildirib. Çempionat öncəsi Məmmədli Almaniya, Macarıstan və Çexiyada təlim-məşq toplantılarında iştirak edəcək. O, baş məşqçi Ağayar Axundzadənin razılıq verəcəyi halda, 20-21 fevralda Almaniyanın Düsseldorf şəhərində keçiriləcək ?Qran-pri?yə də qatılmaq niyyətindədir.
Qeyd edək ki, Pekin olimpiadasında 73 kq çəki dərəcəsində qızıl medal qazanan Elnur Məmmədli bundan sonra 81 kq çəkidə çıxış edəcək.
Lent.az
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11