Vankuverdə Azərbaycan bayrağı qaldırıldı
Kanadanın Vankuver şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının olimpiya kəndində Azərbaycan bayrağının qaldırılma mərasimi keçirilib. Bu haqda Qol.Az-a hazırda Vankuverdə olan Milli Olimpiya Komitəsinin üzvü, ?Neftçi? futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, mərasimdə Azərbaycan nümayəndə heyəti, o cümlədən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un departametn rəhbəri Camaləddin Rəhmanov və Kanadada yaşayan həmyerlilərmiz iştirak edib. Onlar tədbirə üçrəngli bayraqlarımızla qatılıblar.
Əvvəlcə 2010-cu il Qış Olimpiya Oyunlarının təşkilat komitəsi tərəfindən ölkəmizin şef de-missionu Könül Nurullayevaya hədiyyələr təqdim olunub. Sonra olimpiya kəndində bayrağımız qaldırılıb.
Olimpiadada ölkəmizi təmsil edəcək idmançılar Sedrik Nots və Qaya Bassani Antivari də artıq Vankuverdədirlər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11