Bu gün qəzetlər nəzr olunmayıb
Bakıya yağan güclü qar səbəbindən şəhərin böyük bir hissəsinə elektrik enerjisinin verilməsinin dayandırılması ?Mətbuat? prospektində yerləşən ?Azərbaycan? Nəşriyyatında da problemlər yaradıb. Dünən axşam saat 20:00 radələrinə qədər elektrik enerjisinin olmaması qəzetlərin çap olunmamasına səbəb olub.
?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlunun ANS TV-yə verdiyi məlumata görə, ?Yeni Müsavat?la bərabər, ?Azadlıq?, ?Bizim Yol?, ?Futbol +?, o cümlədən rəsmi qəzetlər də bu gün nəşr olunmayacaq.
?525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə ANS-ə deyib ki, rəhbərlik etdiyi qəzet digər nəşriyyatda çap olunmasına baxmayaraq hava şəraiti səbəbindən bu gün onun yayımı günün ikinci yarısına qədər mümkün olmayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04