Vaqif Cavadov ?Tvente?də ilk məzqinə çıxdı
Milli komandamızın üzvü Vaqif Cavadov artıq "Tvente"də ilk məşqinə çıxıb. Qol.Az-ın ?Qarabağ?ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 20 yaşlı hücumçu bu gün eyni zamanda komandasının baş məşqçisi Stiv Maklarenlə görüşüb. Görüşdə ?Tvente? klubunda işgüzar səfərdə olan ?Qarabağ?ın uşaq futbol koordinatoru Həmdi Sərpil Tüzün və Ağdam klubunun nümayəndəsi Anar Məmmədli də iştirak ediblər. Maklaren Vaqif Cavadova böyük ümidlər bəslədiyini və həftəsonu baş tutacaq növbəti turda Vaqifə şans vermək istədiyini gizlətməyib.
Xatırladaq ki, sabah Vaqif Cavadovun ictimaiyyətə təqdimetmə mərasimi planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11