?Cənub xəbərləri? qəzetinin internet səhifəsi ? www.cenubxeberleri.com yaradılıb
Azərbaycanın cənub bölgəsində nəşr olunan ?Cənub xəbərləri? qəzetinin internet səhifəsi ? www.cenubxeberleri.com yaradılıb. Qəzetin baş redaktoru Zahir Əmənov ?Media forum? saytına bildirib ki, hazırda sayta qəzetdə əvvəlki vaxtlarda çıxmış materiallar da yerləşdirilir: ?Saytımızda cənub bölgəsinin tarixi və mədəniyyətinə, həmçinin təhsil, səhiyyə, sosial mövzulara həsr olunmuş materiallar geniş yer tutur?.
?Cənub xəbərləri? qəzeti 2003-cü ildə Masallıda yaradılıb. Qəzetin təsisçısi və baş redaktoru Zahir Əmənovdur. Son üç ildə qəzeti ABŞ-ın Demokratiyaya Milli Yardım Fondu (NED) maliyyələşdirir.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04