Pakistanda ölkənin sabiq baş naziri Benazir Bhuttonun xatirə turnirinə qatılan Kamerun və Mərkəzi Afrikanın 9 boksçusu rəsmən İslam dinini qəbul edib. Lent.az-ın ?The News International?a istinadən verdiyi məlumata görə, yeni müsəlmanlar Pakistanda üzləşdikləri münasibətin onlarda çox xoş təsir bağışladığını bildiriblər. Mərasimdə çıxış edən müfti digər ölkələrin boksçularının İslamı qəbul etməsini bu dinin birləşdirici əlaməti kimindən xəbər verdiyini söyləyib. Pakistan Boks Federasiyasının rəsmiləri isə ölkədə keçirilən beynəlxalq turnirin dünya ictimaiyyətinə onun imicini yüksəltmək baxımından önəmli olduğunu vurğulayıblar.