Azad Rəhimov: "ARDNŞ Bakıda 60 min nəfərlik stadion tikdirəcək"
Bakıda tikilməsi nəzərdə tutulan 60 min nəfərlik tamaşaçı tutumuna malik stadionun yeri artıq müəyyənləşib. Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, stadion Böyükşor-Sabunçu dairəsi yaxınlığında tikiləcək. Orada stadionla yanaşı, hovuz kompleksinin də tikintisi nəzərdə tutulub. Nazir bildirib ki, stadion tikintisindən əvvəl həmin ərazidə neft gölməçələri qurudulmalıdır. Bundan sonra işlərə başlamaq olar. Onun sözlərinə görə, stadionun tikintisi ARDNŞ tərəfindən aparılacaq.
Nazir onu da vurğulayıb ki, tikinti işlərinə nə zaman başlancağına dair onda dəqiq məlumat yoxdur. Çünki stadonu Gənclər və İdman Nazirliyi yox, ARDNŞ tikdirəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11