Bu gün Milli Olimpiya Komitəsi (MOK) 2009-cu ilə yekun vurub, idmançılara, məşqçilərə və idman veteranlarına, mütəxəssislərinə mükafatlar təqdim olunub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. Dövlət başçısı əvvəlcə MOK-un inzibati binasının foyesində Azərbaycan idmanına, idmançılarımızın beynəlxalq yarışlarda iştirakına, qazandıqları qələbələrə həsr olunmuş fotosərgiyə baxıb. Sonra idmançılar adından prezident İlham Əliyevə hədiyyələr təqdim olunub. Atdınca isə 2009-cu ilin yekunlarına görə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar, yeni mənzillərin orderləri təqdim edilib.