Futbol üzrə Azərbaycan milli komandasının 2010-cu il martın 3-də keçirəcəyi yoldaşlıq görüşündə rəqibi müəyyənləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız tarixində ilk dəfə Lüksemburq millisi ilə qarşılaşacaq. Oyun Lüksemburqda baş tutacaq. Hələlik görüşün başlanma vaxtı və keçiriləcəyi stadion məlum deyil.