Kamran Ağayev "Xəzər Lənkəran"dan getməyə hazırlazır
Milli komandamızın qapıçısı Kamran Ağayev qışda "Xəzər Lənkəran"ı tərk edə bilər. Fanat.az extratime.az saytına istinadən xəbər verir ki, futbolçu özü də bunu istisna etməyib.
Kamran bildirib ki, klub rəhbərliyi də razılıq versə, qış fasiləsində başqa bir klubla danışıqlara başlayacaq: "Hələlik "Xəzər Lənkəran"ın futbolçusuyam. Ola bilsin ki, qış fasiləsində bu barədə klub rəhbərliyi ilə söhbət edək. Əgər başda komandamızın sahibi Mübariz Mənsimov başda olmaqla, klub rəhbərliyi məni buraxmaq istəsə, bu barədə danışıqlara başlamaq olar".
Ağayevin sözlərinə görə, onunla nüfuzlu əcnəbi klublar maraqlanır: "Bu komandaların adlarını deməyəcəyəm. Yaxşısı budur ki, gəlin qış transfer pəncərəsini və danışıqların sonunu gözləyək".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11