İspaniyanın ?Real? klubunun braziliyalı futbolçusu Kaka zədələnib. Futbolçu ?Barselona? ilə qarşılaşmada qasıq nahiyəsindən zədə alıb. Kaka Kristof Metselder, Quti və Rud van Nistelroyla birlikdə kollektivdən ayrı məşq edir. Klubun həkimlər Kakanı ?Almeriya? ilə bazar günü keçiriləcək matça qədər oyuna hazır vəziyyətə gətirməyə cəhd edirlər. Tibbi personal futbolçunun zədəsinin elə də ciddi olmadığına ümid edir.