Ermənistan çempionu "Bakı"ya rəqib olmaq istəmədi
Daha bir komanda Rusiyada keçiriləcək "Birlik Kuboku"na qatılmaqdan imtina edib. Fanat.az xəbər verir ki, Ermənistan çempionu "Pünik" yarışda iştirak etmək istəmədiyini açıqlayıb.
Bununla bağlı İrəvan klubu Ermənistan Futbol Federasiyasına məktub ünvanlayıb. Klub rəhbərliyi turnirdən imtinaya oyunların süni örtüklü meydançada keçirilməsini səbəb kimi göstəriblər. "Pünik"in əvəzinə Moskvaya Ermənistan çempionatının gümüş mükafatını qazanan "Mika"nın yollanacağı gözlənilir.
klubunun əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, "Neftçi" 2005-ci ildə turnirin 1/4 final mərhələsində "Pünik"i məğlub etmişdi. Bir il sonra isə ermənilər futbolumuzun flaqmanı ilə oyuna çıxmaqdan imtina edərək, Moskvadan qaçdıqlarından Təşkilat Komitəsi "Pünik"i cəzalandırmışdı. Komanda bu səbəbdən ötən il yarışa qatılmamışdı. Onu da qeyd edək ki, Azərbaycanı turnirdə "Bakı" təmsil edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11