Rusiyanın Xantı - Mansiysk şəhərində şahmat üzrə Dünya kubokuna start verilib. Yarışda Azərbaycan şahmatının ən güclü təmsilçiləri mübarizə aparır. Azərbaycan Şahmat Federasiyasından anspress-ə verilən məlumata görə, 1/64 final mərhələsinin oyunlarında Vüqar Həşimov misirli rəqibi Valaa Sarvata üzərində qələbə qazanıb. Teymur Rəcəbov misirli Məhəmməd Əzatı, Şəhriyar Məmmədyarov isə Aleksandra Kostenyuku məğlub edib. Digər təmsilçimiz Rauf Məmmədov isə ilk turda çinli Jianxao Jouya məğlub olaraq mübarizəni dayandırıb.