Sabah Türkiyənin Antalya şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatına start veriləcək. 3 gün davam edəcək qitə birinciliyində yığma komandaya məşqçilər Fərhad Məmmədov və İbadulla Şabanov rəhbərlik edəcəklər. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ceyhun Kələntərovun ANS PRESS-ə verdiyi məlumata görə, Avropa çempionatında iştirak etmək üçün Türkiyəyə 8 cüdoçu yollanıb: Vüqar Şirinli 60 kq, Emin Həsənov 66 kq, Nadir Babayev 73 kq, Kənan Nağıyev 81 kq, Şahin Qəhrəmanov 90 kq, Emin Tahirov 100kq, Aysel Osmanlı 52 kq, Ramilə Yusubova 63 kq. Avropa çempionatında ölkəmizi həmçinin beynəlxalq dərəcəli referi Valeh Məhərrəmov da təmsil edəcək.