Bu gün ölkə kubokunun 1/8 final cavab oyunları çərçivəsində keçiriləcək ?Gəncə? - ?Simurq? oyununda görüşü idarə edəcək baş hakim Ramil Diniyev ev sahibi klub üçün doğma simadı. Qol.Az-ın məlumatına görə, Diniyev 2005-06-cı il mövsümündə ?Gəncə? klubunda inzibatçı vəzifəsində çalışıb. Ramil Diniyevin həmçininin ?Gəncə?nin ovaxtkı baş məşqçisi Şahin Diniyevlə yaxın qohumluq əlaqələri var . Komandaya məhz Şahin Diniyevin dəvəti ilə gələn referi məşqçinin milliyə gedişindən sonra komandanı tərk etmişdi. Diniyev Gəncəyə növbəti səfərini referi qismində edir.