Bakıda şahmat üzrə uşaqlar arasında sayca III Makkabi beynəlxalq turnirinə start veriləcək. Yarış noyabrın 8-də başlayacaq və burada 12 yaşadək şahmatçılar iştirak edəcəklər. Beynəlxalq şahmat turnirində ümumilikdə 8 ölkədən 36 idmançı yarışacaq. Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olacaq. Beynəlxalq turnirin mükafatçılarına qiymətli hədiyyələr veriləcək.