Elmar Baxzıyev: ?icarə əsasında olsa belə, ?Neftçi?də oynamaq istəyirəm?
[/left]
Mingəçevirdəki ?N? saylı hərbi hissədə xidmətini davam etdirən milli komandamızın və ?Neftçi?nin futbolçusu Elmar Baxşiyev mətbuatda onun MOİK-ə mümkün keçidiylə bağlı yayılan xəbərə münasibət bildirib.
Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Elmar ilk növbədə komandasının Unibank Premyer Liqanın son turu çərçivəsində ?Karvan?a qarşı keçirdiyi oyun haqda danışıb: ?Karvan?la oyunu televiziya vasitəsilə canlı izlədim. Qələbə qazandığımıza görə çox şadam. Növbəti oyunlarda da ?Neftçi?yə uğurlar arzulayıram. MOİK-ə mümkün keçidimlə bağlı xəbərə gəlincə, karyeramı ?Neftçi?də davam etdirmək istəyirəm. Bu klub mənə doğmadır. Ordu klubuna keçmək ehtimalı yaransa, icarə əsasında olsa belə, ?Neftçi?də oynamaq istərdim?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11