"Bərabər səviyyəli və ağır oyun keçdi. Bir səhv məğlubiyyətimizə səbəb oldu. Allan Lalin ikinci yarının ortalarında ələ düşən imkanı dəyərləndirə bilsəydi, bu gün meydandan üç xalla ayrılardıq". Bu sözləri "Qarabağ"la oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadov deyib. "Əvvəlcədən də oyunun çətin keçəcəyini bilirdik. Dediyim kimi bir səhv məğlubiyyətə səbəb oldu. İkinci yarıda qol vurmağa borclu idik", deyə mütəxəssis əlavə edib (Fanat.az). Qeyd edək ki, Premyer Liqanın 9-cu turu çərçivəsində bu gün Ağdamın Quzanlı qəsəbəsində baş tutan "Qarbağ" - "Xəzər Lənkəran" qarşılaşması 1-0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeəanə qolu Rauf Əliyev vurub.