Sabah Rusiya Premyer Liqasının 27-ci turu çərçivəsində milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin çalışdırdığı ?Terek? səfərdə ÇSKA ilə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Xatırladaq ki, Diniyevin ilk debüt matçı uğursuz alınmışdı. Səfərdə ?Krılya Sovetov?la qarşılaşan ?Terek? meydanı 2:0 hesablı məğlubiyyətlə tərk etdi. Həmyerlimizin baş məşqçiliyini etdiyi klub turnir cədvəlində 33 xalla onuncu pillədə qərarlaşıb.