?Bu məlumat tamamilə yalandır. Laşenkovu heç kim komandadan uzaqlaşdırmayıb. Görmədiniz ki, Sergey bu gün start heyətində meydana çıxmışdı? Həm də ki, o komandamızın kapitanıdır?. Qol.Az-ın məlumatına görə, bu sözləri ?Olimpik-Şüvəlan?ın baş məşqçisi Əsgər Abdullayev komandasının üzvü Sergey Laşenkovun heyətdən uzaqlaşdırılmasına münasibət bildirərkən deyib. Təcrübəli mütəxəssis moldovalı futbolçunun oyun satması haqda deyilənlərələ də razılaşmayıb: ?Mən belə şey eşitməmişəm. Özünüz gördünüz ki, Laşenkov ?Xəzər Lənkəran?la oyun zamanı meydanda necə can qoydu?.