Millimizin üzvü Cavid Hüseynov əsgər gedir
Azərbaycan millisinin və Bakının ?İnter? klubunun yarımmüdafiəçisi Cavid Hüseynov hərbi xidmətə yollanır. Qol.Az-ın müxbirilə söhbətində bunu futbolçu özü də təsdiqləyib. O, oktyabrın 23-də xidmət edəcəyi hərbi hissədə olacağını deyib:
?Əslində çoxdan getməli idim. Sadəcə, millinin oyunları ilə əlaqədar möhlət verdilər. Artıq Rusiya ilə oyun da oynanıldı və seçmə mərhələ başa çatdı. Odur ki, mən də oktyabrın 23-də Salyanda hərbi hissədə olmalıyam. Özü də futbolçu kimi yox, sıravi qaydada əsgərlik çəkəcəyəm?. Hüseynov gələcək taleyinin necə olacağını özünün də bilmədiyini deyib: ?Deyilənə görə, AFFA rəhbərliyi futbolsuz qalmamağım üçün köməklik edəcək. Amma yenə də dəqiq bir söz deyə bilmərəm. Bir onu bilirəm ki, ayın 23-də hərbi hissədə olacağam?.
Qeyd edək ki, bu səbəbdən Cavid sabah ?Bakı?ya qarşı keçiriləcək matçda da komandasına kömək edə bilməyəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11