?Mən bu fikirlə razılaşmıram. Futbol siyasətə çevirmək düzgün deyil?. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Rusiya millisinin baş məşqçisi Qus Hiddink millimizin çalışdırıcısı Berti Foqtsun qarşıdakı oyunun siyasi baxımdan böyük əhəmiyyətə malik olmasıyla bağlı səsləndirdiyi fikirlərə münasiblət bildirərkən deyib. Hiddink bildirib ki, onlar siyasətlə yox, futbolla məşğuldurlar: ?Şəxsən mən futbol adamıyam və bu işlə məşğul oluram. Siyasət isə mənlik deyil. Siz mənə futboldan sual verin. Fikrim yalnız Azərbaycanla oyunda uğur qazanmağa yönəlib. Digər məqamlara isə fikir vermirəm?.