Boksçular beynəlxalq turnirdən 3 medalla qayıtdılar
Özbəkistanda keçirilən boks üzrə beynəlxalq turnirdə iştirak etmiş idmançılarımız vətənə qayıdıblar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, boksçularımız yarışda uğurlu çıxış edərək 3 medal qazanıblar. Belə ki, 81 kq çəki dərəcəsində yarışan Rahib Bəylərov qızıl, +91 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Abdullayev gümüş, 75 kq çəki dərəcəsində çıxış edən Nicat Abdullayev isə bürünc medala layiq görülüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11