?Qarşıda bizi iki çətin oyun gözləyir. Almaniya və Azərbaycana qarşı keçirəcəyimiz görüşlər çox böyük önəm daşıyır?. Qol.Az-ın məlumatına görə, bu sözləri oktyabrın 14-də Bakıda millimizin qonağı olacaq Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Rusiya mətbuatına verdiyi müsahibəsində deyib. Hollandiyalı mütəxəssis bildirib ki, qarşıdakı oyunlarda uğurlu nəticə qazanacaqlarına inanır: ?Dünya çempionatına birbaşa vəsiqə qazanmaq istəyirik. Bu səbəbdən də əvvəlcə almanları, daha sonra isə Bakıda Azərbaycan millisinə qalib gəlməliyik. İnanıram ki, pley-off oyunlarından yan qaçacağıq. İstənilən halda, son zamanlar Rusiya millisi çox şeyə nail olub. Finlandiya və Uelsə qarşı keçirdiyimiz son oyunlar buna bariz nümunədir?.