?Nazim Süleymanovun klubumuzda qalıb-qalmayacağını indi dəqiq deyə bilmərəm. Bu haqda klubumuzun prezidenti Hafiz müəllim qərar qəbul edəcək. Lakin prezidentimiz onun komandada qalmasını istəyir?. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri ?Bakı?nın baş meneceri Zeynal Məmmədov əvəzedici komandanın baş məşqçisi Nazim Süleymanovun istefa verməsinə münasibət bildirərkən deyib. Z.Məmmədov bildirib ki, Süleymanovun eyni zamanda həm də U-21-də köməkçi məşqçi vəzifəsində işləməsi klubdakı fəaliyyətinə mənfi təsir göstərir: ?Süleymanov yaxşı mütəxəssisdir. Lakin onun millidəki fəaliyyəti klubdakı işinə maneə olur. Bu cür iş prinsipi bizə sərf etmir. Yayda bu səbəbdən əvəzedici komandamız təlim-məşq toplanışında iştirak edə bilmədi. Ona görə də hazırkı fasilədən istifadə edib, komandanı Qubaya hazırlıq prosesinə göndərməyi nəzərdə tutmuşuq?.