Fərid Mansurov ikiqat Dünya çempionu oldu
Danimarkanın Herninq şəhərində güləş üzrə Dünya çempionatı davam edir. Dünən gecə saatlarında daha iki Yunan-Roma güləşçimiz mübarizəyə qoşulmuşdu. Afina Olimpiadasının qalibi Fərid Mansurov yarışda uğurlu çıxışı ilə yadda qalıb.
66 kq çəki dərəcəsində çıxış edən Fərid Mansurov ilk mərhələdə ispan İsmael Navarro-Sançesi və yapon Sutomu Fucimurunu məğlub edib. 1/8 final mərhələsində isə həmvətənimiz erməni Sasun Qambaryana qalib gəlib. ¼ finalda İran təmsilçisi Afşin Byabanqardanı da məğlub edən Fərid Mansurov yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Kuba təmsilçisi Pedro İsaak Mulenaya qalib gələn təmsilçimiz finala vəsiqə qazanıb. Qızıl medal uğrunda qarşılaşmada Fərid Mansurov gürcü güləşçisi Manuçar Tsaxadayaya da qalib gəlib. Beləliklə Fərid Mansurov ikiqat Dünya çempionu tituluna sahib çıxıb. 74 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov Dünya çempionatında çıxışını 5-ci yerdə başa vurub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11