Danimarkanın Herninq şəhərində start götürən dünya çempionatında qadın güləşçilər mübarizəyə başlayıb. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasının şərəfini qoruyan Mariya Stadnik bütün görüşlərini qələbə ilə başa vuraraq, çempion adını qazanıb. 48 kq çəki dərəcəsində xalça üzərinə çıxan xanım güləşçi mübarizəyə 1/16 finaldan qoşulub. O, ilk cəhddə Tatyana Nurnoviç (Belarus), ardınca Sara Sançesi (İspaniya) məğlubiyyətə uğradıb. 1/4 finalda Stadnik ukraynalı Lyudmila Baluşkadan güclü olub. Yarımfinalda baldızı, Böyük Britaniyanı təmsil edən Yana Stadniki üstələyən pəhləvanımız qızıl medal uğrunda görüşdə rusiyalı Larisa Qorzakı məğlub edib. Bu, Azərbaycan yığmasının dünya çempionatında qazandığı ilk qızıl olub. Digər qadın güləşçilərimiz mübarizəyə bu gün qoşulacaq.