Milli komandamızın və ?Qarabağ?ın müdafiəçisi Rəşad Sadıqov 41 gündən sonra meydana qayıdır. Qol.Az-ın məlumatına görə, Sadıqov bu gün Premyer Liqanın ikinci turundan təxirə salınan və təxminən 1 saat sonra start götürəcək ?Qarabağ? - ?Qəbələ? görüşündə iştirak edəcək. Xatırladaq ki, Sadıqov sonuncu dəfə avqustun 12-də milli komandamızın heyətində dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Almaniya milli komandasına qarşı görüşdə iştirak edib. Premyer Liqanın oyunları çərçivəsində isə Rəşad sonuncu dəfə ötən ilin oktyabrında meydana çıxıb. Həmin vaxt "Neftçi"nin heyətində "İnter"ə qarşı matçda iştirak etdikdən sonra Sadıqov "ağ-qaralar"ın ovaxtkı baş məşqçisi Hans-Yürgen Gede tərəfindən heyətdən kənarlaşdırılmışdı.