?Qalatasaray? Afinaya türk bayrağı sancdı
Dünən UEFA kuboku uğrunda keçirilən mötəbər yarışın qrup oyunlarında məşhur məşqçi Frank Raykaardın çalışdırdığı ?Qalatasaray? Yunanıstan çempinatının hazırkı lideri ?Panathinaikos?la ilk qarşılaşmasında yarışa öz damğasını vurub. Sarı-qırmızılar oyunun 5-ci dəqiqəsində braziliyalı Elanonu hesabda önə çıxıb. Bundan sonra bir neçə epizodda ?Qalatasaray? hesabı artırmaq imkanı əldə etsə də, son zərbələr dəqiq olmayıb. İkinci hissəyə də Raykaardın komandası hücumla başlayıb. Artıq 47-ci dəqiqədə Elanoun ara pasını ?Qalatasaray?ın çex hücumçusu Milan Baroş məntiqi sonluqla tamamladı ? 0:2.
Bu hesabdan sonra yunan komandasından sürətli hücumlar gözlənilsə də, hər şey əksinə olub. 56-cı dəqiqədə yenə də brazilyalı Elano ?Qalatasaray?ın qələbəsini rəsmiləşdirən hesabın yaranmasında böyük pay sahibi olub. Onun uzaq məsafədən vurduğu zərbə rəqib komandasının müdafəçisi Salpinqisə dəyərək istiqəmtini dəyişib. Bu isə qapçının topu qaytarmasını əngəlləyib ? 0:3.
Rəqib ?Qalatasaray?ın möhtəşəm oyununda yalnız bir dəfə fərqlənə bilib. 77-ci dəqiqədə vurulan bir qol isə Raykaardın komandasının qrupp lideri olmasına əngəl yarada bilməyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11