Avropa Liqasında mübarizə aparmış Ağdamın ?Qarabağ? futbol klubu artıq Azərbaycanın milli çempionatında mübarizəyə başlayıb. Premyer Liqanın debüt oyununda ?Standard?ı Vaqif Cavadovun yeganə qolu ilə 1:0 hesabı ilə məğlub edən ?Qarabağ? sabah Tovuzda ?Turan?la görüşəcək. ?Qarabağ?ın mətbuat xidmətindən ANSPRESS-ə verilən məlumata görə, ?Qarabağ? ?Turan"la keçirəcəyi oyuna Qazaxda hazırlaşıb. Vüqar Nadirov səhhətində problem yarandığına görə ?Tovuz?la matçda iştirak etməyə bilər. Rəşad Sadıqovun zədəsi isə tam sağalmayıb. Bu səbədən o, ümumiyyətlə yaşıl meydançadan kənarda qalıb. ?Turan?-?Qarabağ? matçı saat 17:00-da start götürəcək.