Erməni Azərbaycan idmançısı ilə döyüzməkdən imtina edib
Gürcüstanın Batumi şəhərinin Ureki qəsəbəsində əlbəyaxa döyüş üzrə qızıl kəmər uğrunda döyüşlər keçirilib. Yarışda Azərbaycanı 18 idmançı təmsil edib. Döyüşçülərimiz vətənə 12 qızıl, 3 gümüş və 3 bürünc medalla dönüblər. Azərbaycan Əlbəyaxa Döyüş Klubunun prezidenti və məşqçisi Səməd İbrahimov öz aktivinə 3 qızıl medal yazdırıb. 90 kq-dan ağır çəki dərəcəsində çıxış edən Elşad Ömərov yarımfinalda erməni döyüşçüsü ilə qarşılaşmalı idi. Ancaq erməni döyüşçü Elşad Ömərovla döyüşməkdən imtina edib. Finala vəsiqə qazanan Elşad Ömərov gürcü idmançısını məğlub edərək qızıl medalı aktivinə yazdırıb.
Əlbəyaxa döyüş klubuna digər iki qızıl medalı 85 kq çəki dərəcəsində rinqə çıxmış Anar Cəfərov və 65 kq-da mübarizə aparmış Elvin Mustafayev qazandırıb. ?Məhəmməd Əli? idman klubunun baş məşqçisi Bəhruz Çıraqov da adını qızıl medal qazananların sırasına yazdırmağı bacarıb. Azərbaycan komanda hesabında ümumilikdə 18 medalla ikinci yerdə başa vurub. Yarışın qalibi adını isə Gürcüstan yığması qazanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11