Bu gün Bakıda ?Sərhədçi? olimpiya idman mərkəzinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib. Metronun ?Xalqlar Dostluğu? stansiyasının yaxınlığında böyük bir ərazidə inşa olunmuş mərkəzdə açıq və qapalı zallar, mehmanxana var. ?Sərhədçi? olimpiya idman mərkəzində sərhədçi idmançıların məşq keçmələri, müxtəlif səviyyəli yarışların təşkili üçün beynəlxalq standartlara uyğun şərait yaradılıb. Prezident İlham Əliyev mərkəzlə tanış olaraq, mərasim iştirakçılarını təbrik edərək idmançılara uğurlar arzulayıb.