Avropa Liqasındakı çıxışı ilə diqqəti cəlb edən ?Qarabağ? klubunun daha bir futbolçusu Azərbaycan milli komandasına dəvət edilib. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, dünən keçirilən ?Qarabağ? - ?Tvente? oyunundan sonra Rəşad millimizin baş məşqçisi Berti Foqtsun adından millinin hazırda davam edən təlim-məşq toplanışına çağırılıb. Xatırladaq ki, buna qədər ?Qarabağ? komandasından Azərbaycan millisində altı futbolçu - Fərhad Vəliyev, Rəşad Sadıqov, Elnur Allahverdiyev, Vüqar Nadirov, Vaqif Cavadov və Elvin Məmmədov da çıxış edirdi. Rəşad Sadiqova gələn dəvətdən sonra milliyə cəlb edilən ?Qarabağ?lı futbolçuların sayı 7-yə çatıb.