Bu gün saat 21.00-də Tofiq Bəhramov adına stadionda Dünya çempionatının 2010 seçmə mərhələsi çərçivəsində Azərbaycan-Almaniya millilərinin qarşılaşması keçiriləcək. Dünən jurnalistlər üçün mətbuat konfransı keçirən Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Berti Foqts rəqibin bu qarşılaşmaya yaxşı hazırlaşdığını, buna baxmayaraq Azərbaycanın bəzi üstünlükləri olduğunu deyib. ?Almaniya bura əsas heyətlə gəlib. Bu o deməkdir ki, rəqib bizimlə oyuna ciddi hazırlaşıb. Onlar bizim 3 oyunumuzu izləyib, təhlil ediblər. Gözəl oyun göstərib pis nəticə əldə etmək istəmirəm. Yaxşısı budur pis oyun olsun amma nəticə bizim xeyrimizə olsun. Bizim böyük azarkeş dəstəyimiz olacaq. Üstəlik daha bir üstün cəhətimiz var ki, o da rəqibi yaxşı tanımağımızdır?.