Mənsimovların jurnalistlərə qarzı iddiası icraata götürdü
[b]Zahir Əzəmətlə Natiq Muxtarlının növbəti məhkəmə prosesi avqustun 7-də keçiriləcək[/b]
Bu gün "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun Fanat.az-ın layihə rəhbəri Zahir Əzəmət və saytın köşə yazarı, "KomandA" qəzetinin məsul katibi Natiq Muxtarlıya qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Qaynar.info-nun verdiyi xəbərə görə, saat 15.00-da Nəsimi rayon Məhkəməsində keçirilən iclasa hakim Elmar Kərimov sədrlik edib.
Hakim tərəflərin arqumentlərini dinlədikdən sonra AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrini əsas tutaraq işi məhkəmə icraatına qəbul edib. Məhkəmə baxış iclası avqustun 7-si, saat 15.00-a təyin olunub.
Qeyd edək ki, Mais Mənsimov özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək, AR CPM-nin 147.2 və 148-ci maddələri ilə jurnalistlərlə bağlı cinayət işinin başlanılmasını tələb edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04