?Çox çətin oyun oldu. Amma əsas olan odur ki, möhtəşəm qələbə qazandıq?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri vurduğu yeganə qolla ?Qarabağ?a ?Rusenborq? üzərində möhtəşəm qələbə qazandıran Rəşad Sadıqov deyib. Rəşad bildirib ki, bu qələbədə azarkeşlərin də böyük rolu olub: ?Tarixi bir gündə meydana çıxmışdıq. Belə bir gündə qələbə qazanmaq daha çox xoşdur. Bu qələbədə azarkeşlərin də böyük rolu oldu. Xalqımıza belə bir qələbə bəxş etdiyimizə görə çox sevinirik?.