?525-ci qəzet? yay rejiminə keçib
?525-ci qəzet? səhifələrinin sayını azaldıb. İyulun 15-də bu gündəlik nəşr həmişə olduğu kimi 8 səhifə deyil, 4 səhifə həcmində çıxıb.
Qəzetin baş redaktor müavini Yusif Rzayev ?Media forum? saytına deyib ki, əməkdaşların bir hissəsi məzuniyyətə çıxıb və bu səbəbdən həftənin ən azı iki gününü oxucularla 4 səhifədə görüşməyə qərar veriblər: ?Yay aylarında işçilər növbəli şəkildə məzuniyyətə göndərir və bu səbəbdən səhifələrin sayını azaldırıq. Artıq ?525?də belə bir ənənə yaranıb?.
1992-ci ildən işıq üzü görən ?525-ci qəzet? çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri A:2 (8 səhifə), şənbə günləri A:3 formatda (32 səhifə) çıxır.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04