Coko Hacıyevski: "Tam əminliklə deyə bilərəm ki, biz bu gün qələbə qazanacağıq"
"Sloveniyada çox güclü təlim-məşq prosesi keçdik. Bu matçların komandamıza müsbət təsiri oldu. Futbol sürprizlərlə zəngindir.Amma tam əminliklə deyə bilərəm ki, biz bu gün qələbə qazanacağıq".
Bu sözləri Qol.Az-ın Panevejisdəki müxbirinə "Bakı"nın baş məşqçisi Coko Hacıyevski bildirib. Hacıyevskinin bildirdiyinə görə, komandası Sloveniyada keçirtdikləri yoxlama görüşlərində oynadıqları oyunun 70%-ni bu gün göstərə bilsə, "Ekranas" üzərində rahatlıqla qələbə qazana biləcək. "Heyətimizdə səviyyəli futbolçular çoxdur. İlk onbirliyi özüm üçün müəyyənləşdirmişəm. Ama sizə açıqlamaq fikrim yoxdur."
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11