Ağır atletika üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Yanko Rusev iyunun 14-də ictimaiyyətə təqdim olunacaq. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova verib. Səmayə xanim bildirib ki, bolqarıstanlı mütəxəssis sabah mətbuat konfransı keçirəcək. Jurnalistlərlə görüş Gənclər və İdman Nazirliyində saat 11:45-də baş tutacaq.