Yeni mövsümün hazırlığını Qubada davam etdirən ?Olimpik-Şüvəlan? daha bir futbolçunun keçidini rəsmiləşdirib. Qol.Az-ın məlumatına görə, ?təyyarəçilər? Anatoli Doroşu transfer edib. Moldovalı futbolçuyla rəsmi 1 illik müqavilə imzalanıb. Xatırladaq ki, ?Olimpik-Şüvəlan? Doroşun karyerasında dördüncü Azərbaycan klubudur. Buna qədər o, ?MKT-Araz?, ?Standard? və ?Karvan?da çıxış edib.