?Bakı? baxışda olan bir futbolçunu geri qaytarıb. Söhbət kamerunlu Andocadan gedir. Qol.Az-ın məlumatına görə, bu haqda ?Bakı?nın baş meneceri Zeynal Məmmədov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Xatırladaq ki, ?Bakı?nın düşərgəsində kamerunlu yarımmüdafiəçidən başqa, Braziliya və Rumıniyadan olan futbolçular da var. Lakin Zeynal Məmmədovun sözlərinə görə, bu oyunçular haqda məşqçilər korpusu və rəhbərlik qarşıdakı günlərdə qərar verəcək.