Mətbuat Şurasında treninq-məzğələlərin keçirilməsinə bazlanılıb
Bu gündən Azərbaycan Mətbuat Şurasında Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlərə başlanılıb. Treninq-məşğələlər qruplar üzrə keçirilir. Hər qrup üçün müddət 3 gün saat 10.00-dan 14.00-dək müəyyənləşdirilib. Digər qrupun məşğələlərinə gələn həftənin ilk iş günündən start veriləcək.
Məşğələlər müstəqil ekspertlər ? Aydın Kərimov və Nigar Atabəyli tərəfindən aparılır. Treninqin ilk günü tədbirə 30-dək KİV təmsilçisi qatılıb. Əvvəlcə iştırakçılara təlimin məqsədi, təşkili və iş qaydası haqqında söhbət açılıb. Sonra layihə təklifinin yazılması, müsabiqə qaydaları, layihələrin strukturu və mövzuları barədə məlumat verilib.
Treninq-məşğələlərdə qruplar üzrə layihə təklifinin hazırlanması, qrupların işinin təqdimatı və müzakirələrin aparılması da nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04