?Yəqin Babək Quliyev bilmir ki, hakimlər komitəsinin başçısı kimdir. Əgər bilsəydi, belə danışmazdı?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri FİFA referisi, bir müddət əvvəl hakimlikdən uzaqlaşdırılan Babək Quliyevin ittihamlarına cavab verərkən PFL-in prezidenti Ramin Musayev deyib. Musayev bildirib ki, o heç kimi cəzalandırmayıb: ?Mən heç kimi cəzalandırmamışam. Babək Quliyev çox doğru deyir ki, mənim hakimlərin işinə qarışmağa ixtiyarım yoxdur. Həqiqətən də belədir. Amma mən sadəcə olaraq, oyunlardan sonra onların buraxdığı səhvləri göstərə bilərəm?.