Zeynal Məmmədov: ?Adamiya kizi kimi söz vermizdi ki, Azərbaycanda ancaq ?Bakı?da oynayacaq?
?Gedib, gedib də. İndi nə edə bilərik? Amma Adamiya mənə kişi kimi söz vermişdi ki, Azərbaycanda ancaq ?Bakı?da oynayacaq?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Georgi Adamiyanın ?Xəzər-Lənkəran?a transfer olunmasına münasibət bildirərkən, ?Bakı?nın baş meneceri Zeynal Məmmədov deyib. Klub rəsmisi bildirib ki, o, artıq Adamiya ilə danışarkən futbolçunun könlünün ?Xəzər-Lənkəran?da olduğunu hiss edib: ?Adamiya mənə demişdi ki, legioner həyatı yaşamaq istəyir. Bakıya qayıtdıqdan sonra görüşümüz oldu. Məndən ?Bakı?da oynamaq üçün elə bir məbləğ istədi ki... O yaxşı bilirdi ki, biz ona həmin pulu verməyəcəyik. Ona görə də məbləği qəsdən şişirtdi ki, ?Xəzər-Lənkəran?a keçsin. Bir daha deyirəm ki, o gözəl anlayırdı ki, ?Bakı? istədiyi məbləği verməyəcək?.
Klub rəsmisi bildirdi ki, nə Adamiyanın, nə də Cəmşid Məhərrəmovun gedişi ?Bakı? üçün itki hesab olunmayacaq: ?Burada könlü olmayanı onsuz da komandada saxlamarıq. Gediblərsə, özləri bilərlər. Biz onların əvəzinə qat-qat güclü futbolçular transfer edəcəyik. 1-2 nəfərin gedişi ?Bakı? üçün problem deyil?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11