19 yaşadək futbolçulardan ibarət Azərbaycan U-19 milli komandası litvalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. AFFA-dan verilən məlumata görə, iyunun 19-dan 24-ə qədər Bakıda təlim-məşq toplanışı keçirəcək milli komandamız bundan sonra Litvaya yola düşəcək. İyunun 25-də U-19 Litvanın Kaunas şəhərinə gedəcək. 5 gün ərzində Litvada keçiriləcək təlim-məşq toplanışı ərzində milli komandamız 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. U-19 iyunun 27-də və 29-da litvalı həmyaşıdları ilə qarşılaşacaq./ANS PRESS/