Gələn ayın 22-27-si aralığında Tayvanın Kalşunq şəhərində qeyri-olimpiya idman növləri üzrə dünya oyunları keçiriləcək. Karate Federasiyasından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yarışda ölkəmizi tanınmış karateçimiz Rafael Ağayev təmsil edəcək. İdmançımız ölkəmizi iki çəki dərəcəsində (-70 və "open" çəki dərəcələri) təmsil edəcək. Məlumat üçün bildirək ki, 40-a yaxın idman növlərinin təmsil olunduğu lisenziya xarakterli yarışda dünya çempionatlarının mükafatçıları iştirak edir və olimpiya oyunlarına hazırlınq xarakteri daşıyır.