Bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və İspaniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. AFFA mətbuat xidmətindən RİA-ya verilən məlumata görə, qarşılaşmanı ukraynalı hakim İqor İşenko idarə edəcək. Baş hakimin köməkçilirə isə Oleq Plujnik, Oleq Muravyov (hər ikisi - Ukrayna) olacaq. Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan) Hakim-inspektor: Gülağa Cabarov (Azərbaycan)