Əflatun Amazov ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısına qatılacaq
İyulun 9-10-da İstanbulda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçiriləcək. Tədbirdə ölkəmizin Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil edəcək.
Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Şura bu kimi toplantılara artıq üçüncü dəfədir qatılır.
Tədbirdə MŞ təmsilçisi məruzə ilə çıxış edəcək. Toplantıda həmçinin dünyada söz və mətbuat azadlığının vəziyyəti, KİV-in özünütənzimləmə üsullarının təkmilləşdirilməsi müzakirə olunacaq, mövcud problemlər araşdırılacaq və vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcəkdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04